Benzema Messiyə çatdı

“Real” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”ı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub. Belə ki, qarşılaşmada dubla imza atan hücumçu, ardıcıl 15-ci mövsümdür Çempionlar Liqasında qol vurur. O, bu göstəricidə “Barselona”nın futbolçusu Lionel Messiyə çatıb. Hər iki oyunçu ardıcıl 15 mövsümdür ki, ÇL-də fərqlənir.

Bu göstəricidə rekord “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzə aiddir. Keçmiş yarımmüdafiəçi ÇL-də ardıcıl 16 mövsüm qol vurub.