“Real” 90 milyonluq transferə hazırlaşır

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Real”, hücumçu transferi həyata keçirməyə çalışır.

Komanda.az “The Sun”a istinadən xəbər verir ki, “kral klubu” yayda “Yuventus”a transfer olunan Kriştiano Ronaldonun boşluğunu, elə “qoca sinyora”nın futbolçusu Paulo Dibala ilə doldurmaq niyyətindədir. 25 yaşlı forvard üçün 90 milyon avro ödəməyə hazır olan “Real”, tez bir zamanda bu transferi həyata keçirməyə hazırlaşır.

Argentinalı futbolçu “Mançester Siti”nin də transfer hədəfindədir.

2015-ci ildən “Yuventus”da çıxış edən Dibala, iştirak etdiyi 116 oyunda 54 qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button