“Atletiko” “Barselona”nı finala buraxmadı

Futbol üzrə İspaniya superkubokunda yarımfinal qarşılaşmaları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə Madrid “Real”ı “Valensiya” ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada qapılara dörd qol vurulub. “Real” bu oyundan inamlı qələbə ilə ayrılaraq finala yüksəlib.

Digər yarımfinal görüşü isə “Barselona” ilə Madrid “Atletiko”su arasında baş tutub. Beş qolluq bu görüşdə isə “Atletiko” əzmkar qələbə sayəsində həlledici oyuna vəsiqə qazanıb.

Beləliklə, yanvarın 12-də keçiriləcək final matçında Madridin iki təmsilçisi – “Real” və “Atletiko” qarşılaşacaq.

İspaniya superkuboku, yarımfinal

8 yanvar

Valensiya – Real 1:3
Qol
: Parexo, 90+2-pen – Kroos, 15. İsko, 39. Modriç, 66.

9 yanvar

Barselona – Atletiko 2:3
Qol
: Messi, 51. Qrizmann, 62 – Koke, 46. Morata, 81-pen. Korrea, 86.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button