Ranqnik “Milan”la bağlı xəbəri təsdiqlədi

Adı “Milan”la yanaşı çəkilən “Leyptsiq”in keçmiş baş məşqçisi Ralf Ranqnik açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızı-qaralar”ın onunla maraqlandığını təsdiqləyib:

“Milan” mənimlə əlaqə saxladı, lakin koronavirusun yayılmasından sonra diqqət edilməsi lazım olan başqa məsələlər ortaya çıxdı. Mənim klub üçün uyğun olub-olmamağım da bu məsələlərə daxil idi. Hər şey kluba bağlıdır, mən işin maliyyə tərəfini düşünmürəm”.

Karyerası ərzində “Zalsburq”, “Şalke”, “Leyptsiq” kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi “Nyu York Red Bullz”da skaut rəhbəri vəzifəsində işləyir.

“Milan”ı hazırda Stefano Pioli çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button