100-cü qoluna sevinən müdafiəçi

“Real”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “İnter”ə 3:2 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Serxio Ramos üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi “kral klubu”nun oyunda ikinci qolunu vurub. Bu, Ramosun “Real”ın heyətində yubiley – 100-cü qolu olub.

Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir.