Ramil Şeydayevsiz qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Futbolçumuzun komandası derbidən qələbə ilə ayrılıb – 2:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.

“Dinamo” 18 turdan sonra 24 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button