Ramil Şeydayevin klubunda yeni hücumçu – Rəsmi

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” (Moskva) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi “Marsel”dən Klinton Mua Njini transfer edib. Kamerunlu hücumçu “Dinamo” ilə 4 illik müqavilə imzalayıb. O, paytaxt təmsilçisində 9 nömrəli forma altında çıxış edəcək.

25 yaşlı futbolçu 2015-ci ildən “Marsel”in şərəfini qoruyurdu.