Ramil Şeydayevdən Rusiya Premyer Liqasında 4-cü qol

Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Orenburq”la qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyun Samara təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:3.

Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Komandasının yeganə qolunu da məhz millimizin forvardı vurub. Ramil, 12-ci dəqiqədə penalti zərbəsindən dəqiq yararlanmaqla Rusiya Premyer Liqasında vurduğu qolların sayını 4-ə çatdırıb.

“Krılya Sovetov” 21 oyundan sonra 24 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button