Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Ural”la üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda “Krılya Sovetov” 27 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button