Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sabah Litva yığması ilə qarşılaşacaqları yoxlama oyunundan əvvəl media nümayəndələriylə görüşüb.

Komanda.az xəbər verir ki, Şeydayev sabahkı oyunla bağlı bunları deyib:

– Sabahkı oyunun nəticəsi bizim üçün vacibdir. Baş məşqçimiz də bizə bildirib ki, qələbə qazanaraq, qarşıdakı oyunlara yüksək motivasiya qazana bilərik. Litva millisi güclü komandadır. Amma oyunun favoriti bizik.

– Məşhur karikaturaçı Omar Momani səninlə bağlı karikatura hazırlayıb. Bunu görmüsənmi və səndə hansı hisslər yaradıb?

– Təbii ki, belə karikaturaların çəkilməsi heç kimə pis təsir etməz. Meydanda nəsə eləməyə cəhd edirsənsə, buna karikaturaların çəkilməsi müsbət haldır.

– Sənə təkliflər varmı və “Krılya Sovetov”da gələcəyini necə görürsən?

– Cavab vermək çətindir. Hər şey tam bəlli deyil. Nə olacağını gələcəkdə görəcəyik. Hazırda çempionatda yaxşı irəliləyirik. Yenə qollar vura bilərəm və ya, əksinə də ola bilər. Hələ ki, təklif yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button