Ramil Şeydayevə yeni rəqib

Rusiyanın “Dinamo” klubu növbəti transferini həyata keçirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu Moskva təmsilçisi “Ufa”nın futbolçusu Silvestr İqbunu icarə əsasında heyətinə qatıb. Hücumçu cari mövsümün sonuna kimi “Dinamo”nun formasını geyinəcək.

İqbu bu mövsüm keçirdiyi 6 oyunda 2 qolla yadda qalıb.

“Dinamo” bir müddət əvvəl hücumçu mövqeyinə “Marsel”dən Klinton Njini, Dortmund “Borussiya”sından isə Maksimilian Filippi transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button