Ramil Quliyevdən Bərdə terroruna reaksiya

Əslən azərbaycanlı atlet, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil Quliyev Bərdədə baş verən erməni terroru ilə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, idmançı, hadisə ilə bağlı şəxsi “instagram” səhifəsində paylaşım edib.

O, üzərində “Pray for Barda” (“Bərdə şəhəri üçün dua edin”) sözləri yazılmış foto paylaşıb. Eyni zamanda, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və “Qarabağ Azərbaycandır” yazıb.

Quliyev bundan əvvəl ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı da paylaşım etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button