Ramil Quliyevdən növbəti uğur

Azərbaycanlı atlet, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil Quliyev növbəti dəfə uğur qazanıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya və Avropa çempionu adını qazanmış Ramil, Antalyada keçirilən “Qloria kuboku”nda 200 metr məsafəyə qaçışda birinci yeri tutub. Bu uğura 20.08 dərəcəylə nail olan atlet, keçən il eyni məsafəyə yarışda göstərdiyi 20.55 dərəcəlik nəticəsini bir az da yaxşılaşdıraraq, qızıl medal qazanıb.

Sözügedən yarışda 21 ölkədən,71 idmançı iştirak edir.