Ramil bu dəfə 2-ci oldu

Azərbaycanlı atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyinin təşkilatçılığı ilə Fransada keçirilən “Almas Liqa”da uğur qazanıb.

Komanda.az xəbər verir ki, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil, Parisdə keçirilən yarışın 12-ci mərhələsində 200 metr məsafəyə qaçışda 2-ci yeri tutub. Quliyev bu nəticəyə 20.01 dərəcə ilə nail olub.

 Bu məsafəyə qaçışda birinciliyi isə ABŞ təmsilçisi Noah Lisey qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button