Ramal Hüseynovla bağlı şikayət təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun apellyasiya şikayətini təmin etməyib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, İntizam Komitəsinin aprelin 8-də “dənizçilər”in seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.

38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq Gənclər Liqasında “Qarabağ”la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Ramal Hüseynov 2001-ci ildə Azərbaycan millisinin formasını geyinib. O, müxtəlif vaxtlarda “Qarabağ”, “Neftçi”, “Turan”, “Kəpəz” klublarının, həmçinin Türkiyədə “Kocaelispor”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button