Rakitiç: “Onunla bir komandada oynamaq istəyərəm”

“Barselona”nın futbolçusu İvan Rakitiç “Atletiko”dan ayrılacağını açıqlayan Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi, Qrizmannın “Barselona”ya gələcəyi təqdirdə, komandaya faydalı olacağını deyib:

“DÇ-2018-i qazanmağımıza imkan verməsə də, Qrizmannı çox bəyənirəm. Dünyanın ən yaxşı oyunçularından biridir və peşəkardır. Hər komandaya fayda verə biləcək bir futbolçudur. Onunla bir komandada oynamaq istəyərəm”.

“Atletiko”dan ayrılacağını açıqlayan Qrizmannın “Barselona”ya transfer olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button