Falkao “Real”a qarşı oynayacaq?

Türkiyə çempionu “Qalatasaray”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Real”a qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, İstanbul klubunun bu yay “Monako”dan transfer etdiyi Radamel Falkao Madrid təmsilçisi ilə görüşdə forma geyinə bilməyəcək. Zədədən əziyyət çəkən kolumbiyalı forvard qarşıdakı oyunun heyətinə daxil edilməyib.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Real”la oyunda bu futbolçularından xidmətindən yararlana biləcək:

Fernando Muslera, Şener Özbayraklı, Jan Mişel Seri, Adem Büyük, Selçuk İnan, Yunes Belhanda, Rayan Babel, Rayan Donk, Ömer Bayram, Mariano Ferreyra, Florin Andone, Kristian Luyindama, Okan Koçuk, Markos Teyşeyra, Yuto Naqatomo, Sofian Fequli, Steven Nzonzi, Əmrə Mor, Mario Lemina.

Bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button