Nainqqolanın yeni klubu bilindi

“İnter”in futbolçusu Raca Nainqqolanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi “Kalyari” klubuna transfer olunmağa yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Nainqqolanın yaxın zamanda “Kalyari” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

“Kalyari”nin prezidenti Tommasso Ciluni də Nainqqolanın keçmiş klubuna qayıtdığını təsdiqləyib.

2010-2014-cü illər aralığında “Kalyari”nin şərəfini qoruyan Nainqqolan, daha sonra “Roma” və “İnter” də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button