Rəsmi: “Sumqayıt”da iki yeni futbolçu

Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt”  heyətinə yeni futbolçular cəlb edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”, akademiyanın yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. Rüfət “Sumqayıt” FK-da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

U-19 millinin də üzvü olan gənc yarımmüdafiəçilər, 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub.

Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button