Rəsmi: “Ştutqart”ın futbolçusu “Qarabağ”da

“Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib.

“Köhlən atlar” Almaniyanın “Ştutqart” klubunun müdafiəçisi Ailton Silvanı transfer edib. Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Bu gün “Qarabağ”ın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi, daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

“Qarabağ” bir neçə gün əvvəl ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

Ağdam klubu bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button