Rəsmi: Pato Braziliyaya qayıtdı

Son olaraq Çinin “Tyantzin Tyantsyan” klubunda forma geyinən Aleşandro Pato Braziliyaya qayıdıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı forvard “San-Paulu”ya transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Patoyla 2022-ci ilə qədər müqavilə imzalanıb.

Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edirdi. O, bir müddət əvvəl Çin təmsilçisiylə olan müqaviləsini ləğv edib.

Pato 2014/15 mövsümündə “San-Paulu”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button