Rəsmi: Koul yenidən İngiltərədə

“Los Anceles Qalaksi”dən ayrılan Eşli Koul karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 38 yaşlı müdafiəçi Çempionşip təmsilçisi “Derbi Kaunti” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis futbolçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Derbi Kaunti”yə “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard rəhbərlik edir.

Koul və Lempard 2006-2014-cü illər aralığında “Çelsi”də birgə forma geyiniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button