Rəhman Kazımov: “DÇ-yə 3-cülük ümidiylə getmişdim”

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanan Rəhman Kazımov möhtəşəm nailiyyət əldə edib.

Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlama verərək qazandığı uğuru şərh edib, hisslərini bölüşüb:

“Yarış çox həyəcanlı keçdi. Dünya birinciliyinə 3-cü yeri götürmək ümidiylə getmişdim. Amma şükürlər olsun ki, 1-ci yeri götürə bildim, qələbə qazandım. Ümid edirəm ki, gələcəkdə mənim sevincimdən bütün idmançılarımız da yaşayarlar, biricniliklərini qeyd edərlər. Milli komandanın məşqçi heyəti, həmçinin şəxsi məşqçim Turan Abdullayevə təşəkkürlərimi bildirirəm. İnşallah, bundan da böyük nailiyyətlər mənə nəsib olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button