Rəcəbov Aronyana qalib gəldi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun final mərhələsində 5-ci turun görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ABŞ-ı təmsil edən erməni Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub – 1,5:2,5.

Sentyabrın 30-da baş tutacaq 6-cı turda Rəcəbov Uesli So ilə, Məmmədyarov isə Hikaru Nakamuro ilə qarşılaşacaq.

Beş turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

Maqnus Karlsen – 26,5 xal
Uesli So – 21,5
Teymur Rəcəbov – 15
Levon Aronyan – 15
Hikaru Nakamura – 12
Maksim Vaşye-Laqrav – 11,5
Vladislav Artemyev – 11,5
Aniş Giri – 10,5
Şəhriyar Məmmədyarov – 5,5
Yan-Kşiştof Duda – 5

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button