Rəsmi: “Yuventus”un futbolçusu Qətər klubunda

“Yuventus”un futbolçusu Mehdi Benatia klubu tərk edib.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Qətərin “Al-Duxayl” klubuna transfer olunub. Bu barədə “Yuventus”un mətbuat xidməti məlumat yayıb.

Qətər təmsilçisi Benaia üçün “Yuventus”a 8 milyon avro ödəyib.

Karyerası ərzində “Marsel”, “Roma”, “Bavariya” kimi klublarda forma geyinən Benatia, 2017-ci ildən “Yuventus”da çıxış edirdi.

31 yaşlı müdafiəçi Mərakeş millisində 52 oyun keçirib. Benatia həm də yığmanın kapitanıdır.