Rəsmi: “Yapon Messi” “Real”da

“Real” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “kral klubu” yaponiyalı futbolçu Takefuso Kubonu transfer edib. Bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.

“Tokio” klubundan transfer edilən 18 yaşlı yarımmüdafiəçi “Real”ın əvəzedici komandasında forma geyinəcək.

18 yaşında Yaponiya millisinə də dəvət alan Kubo, “Barselona”nın yetirməsi olub. Kubonun ləqəbi “Yapon Messi”dir.