Rəsmi: Türkiyə millisində yeni baş məşqçi

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəş yığmanın “sükanı arxasına” gətirilib. Bu barədə Türkiyə Futbol Federasiyasını rəsmi saytı məlumat yayıb.

Hazırda “Beşiktaş”ı çalışdıran Günəş, yeni vəzifəsinin icrasına iyunun 1-dən başlayacaq. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Türkiyə millisində bir müddət əvvəl Mirça Luçesku baş məşqçi vəzifəsindən göndərilmişdi.