Rəsmi: “Sumqayıt” 6 futbolçu ilə bağlı qərar verdi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” 6 futbolçu ilə müqaviləni yeniləyib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kimyaçılar” Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Xəyal Nəcəfovla sözləşmənin müddətini artırıb.

“Sumqayıt” son mövsümdə Premyer Liqanı 29 xalla 6-cı pillədə başa vurub.