Rəsmi: “Sabah”da yeni futbolçu

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Cavid Tağıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub.

Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.