Rəsmi: “Səbail” Essyenlə danışıqlara başladı

“Səbail” futbol klubu Qana millisinin keçmiş üzvü Maykl Essyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş 36 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen, ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

Essyen İspaniyanın “Real”, İtaliyanın “Milan” klubunun da şərəfini qoruyub.