Rəsmi: “Qalatasaray”dan ayrılan futbolçu “Fənərbaxça”da

“Qalatasaray”dan ayrılan Sərdar Azizin “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, “bülbüllər” 28 yaşlı müdafiəçiylə 3,5 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qalatasaray”la olan müqaviləsini ləğv edən Sərdar, “Fənərbaxça”ya azad agent kimi keçib.

“Bursaspor”un yetirməsi olan Aziz, 2016-cı ildə “Qalatasaray”a transfer olunmuşdu.

28 yaşlı müdafiəçi 17 dəfə Türkiyə millisinin formasını geyinib.