Rəsmi: “Roma”da 17 illik ayrılıq

Yarımmüdafiəçi Daniele De Rossi mövsümün sonunda “Roma”dan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Rossi, A Seriyası təmsilçisiylə yeni sözləşmə imzalamayacaq.

2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, bu mövsüm 22 qarşılaşmada iştirak edib. Komandanın kapitanlıq sarğısını daşıyan 35 yaşlı futbolçu, 117 dəfə də İtaliya millisinin uğurları üçün çalışıb.