Rəsmi: “Beşiktaş”ın futbolçusu Premyer Liqa klubunda


“Beşiktaş”ın futbolçusu Rayan Babel karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, hollandiyalı futbolçu “Fulhem” klubuna transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı oyunçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Fulhem” Babel üçün “Beşitkaş”a 2 milyon avro ödəyəcək. Holland futbolçu yeni klubunda 12 nömrəli formanı geyinəcək.

Karyerası ərzində “Ayaks”, “Liverpul”, “Kasımpaşa” kimi klublarda çıxış edən Babel, 2017-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, 54 dəfə də Hollandiya millisinin şərəfini qoruyub.