Rəsmi: “Bavariya”da növbəti ayrılıq

“Bavariya”nın futbolçusu Rafinya mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi klubun saytına açıqlamasında deyib. O, mövsümün sonunda “Bavariya”dan ayrılacağını bildirilib.

2011-ci ildən Bundesliqa klubunda forma geyinən Rafinyanın hazırkı müqaviləsi mövsümün sonunda bitir.

“Bavariya”da bir müddət əvvəl Aryen Robben və Frank Riberinin də mövsümün sonunda klubdan ayrılacağı açıqlanmışdı.