Rəşad Sadıqov “Zirə”də – Təyinat tezliklə açıqlanacaq

“Qarabağ”dan ayrılan Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olunacaq.

Komanda.az saytının əldə etdiyi məlumata görə, Azərbaycanın U-21 yığmasının sabiq çalışdırıcısı artıq paytaxt klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Yalnız kiçik detallar qalıb ki, onların da qısa zamanda yoluna qoyulması gözlənilir. Sadıqovun “Zirə”yə baş məşqçi təyinatı qarşıdakı günlərdə açıqlanacaq.

Qeyd edək ki, “Zirə” bir neçə gün öncə Zaur Həşimovla yollarını ayırmışdı.