Rəşad Sadıqov: “Hər iki komanda müdafiədə yaxşı oynadı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Samir Abasovu təyinatına görə təbrik edirəm. Neçə il birlikdə həm futbol oynamışıq, həm də məşqçilik kurslarında birgə oxumuşuq. Taktiki baxımdan maraqlı oyun getdi. Çox da qol epizodu olmadı. Hər iki komanda müdafiədə yaxşı oynadı. Oyunun son 10-15 dəqiqəsi “Neftçi”nin üstünlüyü ilə keçdi və bunu da gözləyirdik. Müdafiədə yaxşı oynadıq”.

Şahin Cəfərov