“Rəqib bizi təəccübləndirə bilmədi” – Löv

UEFA Millətlər Liqasında A Liqasının 4-cü qrupu çərçivəsində Ukraynaya 2:1 hesabı ilə qalib gələn Almaniya millisinin baş məşqçisi Yoahim Löv açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, millinin oyunundan razı qaldığını bildirib:

“Oyuna nəzarəti qorumağı bacardıq. Rəqib bizi təəccübləndirə bilmədi. Bu komandanı tanıyırdıq, yaxşı təhlil etmişdik. Andrey Şevçenko yaxşı komanda yaradıb. Ümumilikdə, həm komandamın oyunundan, həm də nəticədən razıyam.

Uzun müddətdir birlikdə deyildik, oyun keçirmirdik. Vacib olan qazandığımız nəticələrdir. Futbolçularımın nəyə qadir olduğuna bilirəm, realist olmalıyıq. Onlara inanıram”.