“Real”dan Qvardiolaya görə ayrılıbmış

İspaniya milli komandasının sabiq futbolçusu Xabi Alonso karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu, 2014-cü ildə “Real”dan “Bavariya”ya transfer olunmasının səbəbkarının Pep Qvardiola olduğunu bildirib:

“Həmin vaxt Qvaridola ilə birlikdə çalışmaq üçün “Real”dan ayrıldım. Onun sirlərini öyrənmək istəyirdim. Mövsüm uzun dövrdür, amma Pepin bitməyən enerjisi var. Bu, onunla birlikdə çalışan futbolçular üçün əlavə motivasiya olur”.

2009-2014-cü illərdə “Real”da çıxış edən ispan futbolçu, 2014-cü ildə Münhen təmsilçisinə transfer olunub və 2017-ci ilədək “Bavariya”nın formasını geyinib.