Qvardiolanın karyerasındakı ən pis başlanğıc

Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə pis başlayan komandalardan biri də “Mançester Siti”dir.

Komanda.az xəbər verir ki, “şəhərlilər” geridə qalan 6 tur ərzində cəmi 5 oyun keçirib ki, bu görüşlərdə də cəmi 8 xal əldə edib.

Pep Qvardiolanın çalışdırdığı komanda hazırda 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bu göstərici “Mançester Siti”nin baş məşqçisi üçün də antirekordla yadda qalıb. Belə ki, Qvardiola məşqçilik karyerasında mövsümə hələ belə uğursuz start verməmişdi. Kayrerasının ən pis başlanğıcına imza atan ispan mütəxəssis, nə dörd mövsüm çalışdırdığı “Barselona”da, nə də üç mövsüm rəhbərlik etdiyi “Bavariya”da belə uğursuzluq yaşayıb. Təcrübəli məşqçi “Mançester Siti”də də əvvəlki dörd mövsümündə indikindən daha yaxşı nəticələrə imza atmışdı.