Qvardiolanın 400 milyon avroluq müdafiəçi sevgisi

“Mançester Siti”nin “Benfika”dan müdafiəçi Ruben Diaşı heyətinə qatdığını xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub bu transfer üçün qarşı tərəfə 68 milyon avro ödəyib. Bununla da, “şəhərlilər”in Pep Qvardiolanın baş məşqçiliyi dövründə müdafiəçilərə ödədiyi ümumi məbləğ 400 milyon avroya çatıb. Klub daha əvvəl Con Stounz, Emerik Laport, Benjamin Mendi, Kayl Uolker, Danilo, Joao Kanselo, Natan Ake kimi müdafiəçilərlə güclənib.