Qvardioladan “yox” cavabı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Yuventus”un “sükanı arxasına” keçməkdən imtina edib.

Komanda.az “Eurosport”a istinadən xəbər verir ki, Massimiliano Alleqri ilə yollarını ayıran “qoca sinyora”, ispan mütəxəssisə illik 20 milyon avroluq təklif göndərsə də, Qvardiola bu təklifdən imtina edib. Onun “Mançester Siti”dən ayrılmaq istəmədiyi bildirilir.

“Yuventus”un “Çelsi”dən ayrılması gözlənilən Mauritsio Sarri ilə də danışıqları davam etdirdiyi deyilir.