Qvardioladan “Real” və “Barselona” ilə bağlı açıqlama

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real” və “Barselona” ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Eden Hazardın “kral klubu”na transfer olunması ilə bağlı danışan 48 yaşlı mütəxəssis, bunları deyib:

“Real” “Çelsi”dən Hazardı gətirərək, çox yaxşı bir transfer etdi, amma hər zaman “Mançester Siti”nin çox pul xərclədiyini deyirlər. Hazard çox yaxşı futbolçudur. O, İspaniya futboluna çox şey qatacaq”.

İspan mütəxəssis, “Barselona” və Lionel Messi haqqında da danışıb:

“Barselona”nın baş məşqçisi Ernesto Valverde tənqid olunur, çünki Çempionlar Liqasını qazana bilmədi. Bu adı qazana bilməsən, səni uğursuz adlandırırlar, amma son 25 ilə baxanda, işlər daha fərqli görünür. “Barselona” La Liqada “Real”, “Atletiko”, “Sevilya”, “Valensiya” və “Selta” kimi komandalarla qarşılaşır. Artıq çempionatda üstünlük əldə etmək çox çətindir.

Messi haqqında isə danışmayacam. Messi “Barselona”da qalacaq”.