Qvardioladan 1 milyon avroluq yardım

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib.

Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.

Xəbərdə o da qeyd olunur ki, Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.