Qvardiola “Real”la qarşılaşma haqqında danışdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”la qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, “kral klubu” ilə oyunlar haqqında danışıb:

“Real”la oyunlarda xarakterimizi göstərməliyik. Klub sona qədər bu titul uğrunda mübarizə aparmaq istəyir. Bu turnirdə qalib gəlmək istəyirsizsə, gec-tez belə komandalarla qarşılaşmalısız, “Real”, “Barselona”, “Bavariya” kimi klublara qalib gəlməlisiz. Bu kuboku qazanmağa çalışmaq üçün böyük komandaları məğlub etməyi bacarmalısan. Ora gedib, oyunun sonunda “öz oyunumuzu göstərdik” demək istəyirəm. Səfərə yollanıb, dünyanın ən böyük və nüfuzlu stadionlarının birində bunu etməyə çalışmalıyıq. Bu cür turnirlərdə ən vacibi budur. Bu, bizim üçün imtahan olacaq. 13 dəfə bu turnirin qalibi olan komandaya qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”.

“Real” – “Mançester Siti” oyunu fevralın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button