Qvardiola “Mançester Siti” ilə yeni müqavilənin vaxtını göstərdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubu ilə yeni müqavilə məsələsi haqda danışıb.

Komanda.az “Siti Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Çempionlar Liqasındakı uğursuzluğun gələcəyinə təsir etməyəcəyini bildirib:

“Müqaviləni yeniləsəm, bu, gələn mövsümün sonunda olacaq. Bundan daha tez olmayacaq. Mən burda daha 10 il qalardım, amma vəziyyətin necə olacağını anlamaq üçün vaxt lazımdır.

Bəli, biz məyus olduq, Çempionlar Liqasının finalında oynamaq istəyirdik. Amma Çempionlar Liqasından kənarda qalmağımız gələcəyimə təsir etməyəcək”.

51 yaşlı baş məşqçinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Qvardiola 2016-cı ildən Mançester klubundadır. Bu müddət ərzində o, komandası ilə üç dəfə ölkə çempionu olub, iki dəfə superkubok və bir dəfə İngiltərə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button