Qvardiola Aqueronun zədəsi haqda: “Mənə ağrı hiss etdiyini söylədi, amma…”

İngiltərə Premyer Liqasının son turunda “Fulhem”ə 2:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, matçda zədələnən Serxio Aquero ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, oyunun 57-ci dəqiqəsində zədələnərək meydanı tərk edən argentinalı futbolçunun vəziyyəti ilə bağlı danışıb:

“O, zədələndikdən sonra oyunu davam etdirmək istəmədi. Mənə ağrı hiss etdiyini söylədi, amma ümid edirəm ki, bu, ciddi problem olmayacaq. Zədənin nə dərəcədə ciddi olduğunu bu gün biləcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button