“Qurbanovun futbolçulara ötürdüyü inam böyük önəm kəsb edir” – Medina

“Qarabağ”ın futbolçusu Kevin Medina “Planeta Futbol”a açıqlama verib.

Komanda.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov haqqında fikirlərini bölüşüb:

“Qurban Qurbanov bir insan kimi çox yaxşıdır və mənim də çox sevdiyim iş üslubu var. Onunla birlikdə yeni şeylər öyrənirəm. Qurbanovun futbolçulara ötürdüyü inam böyük önəm kəsb edir”.

Portuqaliya futbolu ilə Azərbaycan çempionatını müqayisə edən Medina, karyerasını Avropada davam etdirmək istədiyini bildirib:

“Burda futbol ispan üslubuna yaxındır. Portuqaliyada isə taktiki və fiziki göstəricilərə əsaslanır.

Ümid edirəm ki, karyerama Avropada davam edəcəm. Çempionlar Liqası və Avropa Liqasında oynamaq şansı məni cəlb edir”.