Qurbanovsuz “Samtrediya” yenə xal itirdi

Futbol üzrə Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tiflis “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi zədə səbəbindən bu görüşü buraxmaq məcburiyyətində qalıb.

10 turdan sonra hesabında 9 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button