Qurbanov üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Gürcüstan çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Çixura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qola imza atan futbolçu bu dəfə fərqlənə bilməyib.

5 turdan sonra hesabında 5 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button