Qurbanov: “Qış fasiləsindən sonra bizi daha gərgin çempionat gözləyir”

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Keşlə”ylə 2:2 hesablı bərabərliyə razılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Bir xal qazandıq. Çempionatda bu il son oyunumuz idi. Xallarımızın üzərinə bir xal da gəldi. Bilirik ki, rəqib son oyunlarını çox yüksək səviyyədə keçirir. Hər bir halda, rəqibə uğurlar arzulayıram. Qarşıda iki kubok oyunumuz var. Çalışacağıq bu oyunlara komandanı yaxşı kökləyək.
  • Psixoloji və fiziki hazırlıq baxımından komandada hansısa dəyişiklik edəcəksiz?
  • Komanda çox yüklənib. Qış fasiləsindən sonra daha gərgin çempionat gözləyir bizi. Əlimizdən gələn qədər çox hazırlaşacağıq. Futbolçularıma inanıram.
  • Asmir Beqoviç gələndən bəri ilk dəfə ehtiyatda oturdu. Bu, nəylə bağlıdı? Beqoviçin komandadan ayrılması ilə?
  • Rəhbərliklə danışıqlar aparacağıq. Dəqiq cavab verə bilmərəm. Özü buranı sevir. Bu məsələ bir aya qədər çəkəcək. Asmir gələndən sonra qapıçı dəyişikliyi az olub, amma ümumilikdə qapıçı ilə bağlı dəyişikliklər edirdik.
  • Filip Ozobiç iki oyundu ehtiyatdadı, amma sanki risk etmirsiz onu meydana buraxmağa.
  • Məşq edir, hazırlığı pis getmir. İmkan olanda, çalışacam onu meydana buraxım ki, komandayla birgə olsun.

Aygül Qarayeva